Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

26.12.2012.Salme Mədəniyyət Mərkəzində 20 ci beynəlxalq mahnı və rəqs festivalı keçirildi.Xalq rəqsi üzrə Yarışın qalibi azərbaycan Xalq Rəqsi YALLI oldu.
Azərbaycanın “Yallı” xalq rəqsi uşaq və yeniyetmələrin yaradıcılıq kollektivlərinin “Mavi quşun uçuşu” adlı XX beynəlxalq müsabiqə-festivalın qalibi olmuşdur

Dekabrın 24-dən 26-dək Tallinndə uşaq və yeniyetmələrin yaradıcılıq kollektivlərinin “Mavi quşun uçuşu” adlı XX beynəlxalq müsabiqə-festivalı keçirilmişdir. Estoniya Mədəniyyət Nazirliyinin, Tallinn Şəhər Mədəniyyət Şöbəsinin dəstəyi ilə keçirilmiş müsabiqənin təşkilatçısı “Lira” Milli Mədəniyyət Cəmiyyətləri İttifaqıdır.
Müsabiqənin keçirilməsindən məqsəd mədəniyyət sahəsində millətlərarası əməkdaşlığın genişləndirilməsi, yeni istedadların aşkara çıxarılması və onların dəstəklənməsi, şəxsiyyətin yaradıcılıq qabiliyyətinin realizasiyasına və onun ahəngdar inkişafına kömək göstərilməsi, millətlərarası əməkdaşlığın möhkəmləndirilməsi, kollektivlər arasında yaradıcılıq əlaqələrinin qurulması, yaradıcı kollektivlərin təqdim edilməsidir.
“Qratsiya” rəqs qrupunun ifasında Azərbaycanın “Yallı” xalq rəqsi xoreoqrafiya nominasiyasında “Mavi quşun uçuşu” adlı XX beynəlxalq müsabiqə-festivalın qalibi olmuşdur.

© 1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id