Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

15.11.2015.Salam əziz dostlar!

Hər il keçirilən "Poff" festival çərçivəsində "Qanli Yanvar" filmi yer almişdı. Bu film Azərbaycanda 90cı illərdə baş verən faciələrdən bəhz edir, Azərbaycan güclü Sovet ordusu ilə öz mustəqilliyi uğrunda mübarizə aparirdı. 20 yanvar Sovet ordusu ölkə paytaxtı olan Bakıya daxil olub,soyugqanli şəkildə,öz vətənini müdafieə etməyə çalışan 200 ə yaxın günahsız insanları öldürmuşdülər. Həlak olan insanların içində qəhrəmancasına vətənini qoruyan gənclər var idi.
Filmə həm gənc nəsil,həmdə yaşlı nəsil tərəfindən böyük marag göstərilmişdir.Zal baş verən hadisələri yada salmag və rejissor Vahid Mustafayevi dəstəkləmək istəyən insanlarla dolu idi.Esər böyük emosiyalari və hissləri çatdirdigindan zəif cinsin nümayəndələri göz yaşlarını saxlaya bilmirdilər.
Seans bitdikdən sonra, Vahid Mustafayev filmə baxmaga gələn Estoniyada Azerbaycan cəmiyyətinin nümayəndələri və gəncləri ilə görüşüb. Onlar öz təsuratlari ilə bölüşüblər, Vahid Mustafayevə onun bizdən gizlətdirilən bir çox aspektlərinə göz açan əsərinə görə hesabı olmayan minnətdarlıq sözləri deyiblər.
Oxşar filmlər bizim dunyaya olan görüşümüzü genişləndirir, beləcə də, bizə cəmiyyətimizin gerçək hadisələr zəncirini anlamağa kömek edir. Filmin təkrar numayişi 27.11.2015 tarixində Tallinn şəhərində, Appolo Solaris kino zalında saat 17.00 ve 28.11.2015 Tartu şəhərində, "Ekran 2" kino zalında baş tutacaq. Öz adımdan sizə vaxt ayırıb bu filmə getməyinizi tövsiyyə edirəm. Bu film sizə yadda qalan təsurat bexş edib, öz millətinizlə fəxr etməyinizi öyrədəcək.

Leyla Qaçayeva
1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id