Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

Estoniyada Dünya AzərbaycanIılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilmişdir






01.01.2013






Tallinn, 1 yanvar
Estoniyadakı Azərbaycan icması dekabrın 31-də Tallinnin Löenruh konfrans zalında Dünya AzərbaycanIılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya azərbaycanlarına təbriki oxunmuşdur.
Sonra “Biz 50 milyonluq bir xalqıq” filmi nümayiş etdirilmişdir. Tədbirin sonunda icmanın fəal üzvlərinə diaspor işindəki fəaliyyətlərinə görə hədiyyələr təqdim olunmuşdur.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq Estoniyanın kütləvi informasiya vasitələrində Azərbaycan ilə bağlı materiallar dərc olunmuşdur.
Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov “Kanal2” televiziyasında çıxış edərək Estoniya azərbaycanlılarını təbrik etmişdir.
Həmçinin dekabrın 31 “R4” dalğalarında səfir ilə müsahibə və Azərbaycana dair viktorina verilmişdir.
“TVN” kanalında isə dekabrın 31-də Azərbaycana aid film nümayiş etdirilmişdir.
Nigar Hüseynova
© 1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id