Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

Estoniya parlamentinin sədri bu ölkədəki Azərbaycan icması ilə görüşmüşdür-A +A
Tallinn, 06 noyabr Estoniya parlamentinin sədri xanım Ene Erqma “Lovenruh” konfrans mərkəzində Azərbaycan icmasının üzvləri ilə görüşmüşdür.
Xanım Ene Ergma Azərbaycan icmasına Estoniyanın ictimai həyatının müxtəlif sahələrindəki səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirmiş və görüşdən xatirə olaraq onlara rəsm əsəri hədiyyə etmişdir.
Görüşdə Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Eldar Əfəndiyev, digər parlament üzvləri, Estoniya teleradio şirkətinin rəhbəri Marqus Alikmaa və tanınmış mədəniyyət işçiləri və KİV rəhbərləri iştirak etmişlər.
Nigar Hüseynova
AzərTAcın xüsusi müxbiri
Tallinn
© 1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id