Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

12.12.2008.
Tallin Ratuşasında Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ilin sentyabr ayında başlanmış Azərbaycan Mədəniyyəti günlərinin yekun mərasimi keçirilib. Azərbaycan Mədəniyyəti günləri Avropa Birliyinin “Mədəniyyətlər dialoqu” və “Vətəndaş Cəmiyyəti” layihələri çərçivəsində məktəblilər üçün nəzərdə tutulub. “Şərqlə Qərb arasında dialoq və müasir Azərbaycan mədəniyyəti” mövzusunda keçirilən müsabiqənin laureatları da elə bu tədbirdə mükafatlandırılıb. Layihəyə əsasən Tallin şəhəri Lasnamye və Kesklin dairələrinin 6 məktəbinə inşa və rəsm müsabiqələrinə qatılmaq təklif edilib. Münsiflər heyətinə Tallin şəhərinin vitse-meri Kayya Yapinen rəhbərlik edib. Azərbaycan Mədəniyyəti günləri çərçivəsində keçirilən tədbirlərdə təxminən 5000 nəfər iştirak edib. Müsabiqələrdə isə Estoniyanin 13 orta məktəbindən 1000 şagird özünü sınayıb. Müsabiqədə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, Tallində Azərbaycan uşaq bağçasının və Bakı-Tallin dostluq ağacının harada yerləşməsinə dair, həmçinin Qarabağ münaqişəsinə aid mövzulardan bəhs edən 24 sual tərtib olunub. “Azərbaycan ərazisinin 20 faizini işğal etmiş dövlət hansıdır” sualına Yuxkentali gimnaziyasında təhsil alan erməni mənşəli şagird Kristina Aleksanyan doğru cavab verib və musiflər heyəti onu müsabiqənin qalibi elan edib.
Müsabiqənin maraqlı və yaddaqalan məqamlarından biri də Lasnamaye dairəsi gimnaziyasının VI sinif şagirdi Merili Taygerin yazdığı inşa olub. Öz mövzusunu sinif yoldaşı, azərbaycanlı Mədinə Əzizova haqqında seçən Merili qeyd edir ki, qaragözlö Mədinə eston xanımlarına bənzəmir, onun simasına baxdıqda Merilini Azərbaycanı və orada yaşayan insanların həyat tərzini görmək arzusu bürüyür. Qeyd edək ki, İnşa müsabiqəsinin qalibi Maxtras gimnaziyasının şagirdi Nadejda Çituaşvili olub.
Müsabiqə çərçivəsində keçirilən rəsm sərgisində isə Merili, Mədinə və onların daha dörd sinif yoldaşı Paola Silad, Yohana Kreysberq, Kadi Saar və Relika Raydsalunun “Azərbaycan miniatürləri” mövzusunda işlədikləri rəsm əsərləri xüsusilə seçilib. Lasnamaye gimnaziyasında təhsil alan Aron Karuma adlı şagird isə Azərbaycanın təbiəti və memarlığına həsr olumuş rəsm əsərinə görə qalib elan olunub.
İpək üzərində Azərbaycan məscidini işləmiş soydaşımız Alina Əhmədova öz əl işini müsabiqədənkənar təqdim etsə də, onun yaradığılıq nümunəsi xüsusi təltifə layiq görülüb.
Eston-Azərbaycan Mədəniyyət Mərkəzi ümumilikdə 78 məktəblini müxtəlif hədiyyələrlə təltif edib.
Mükafatlandırma tədbirində Estoniya Parlamentinde təmsil olunan 6 aparıcı partiyanın rəhbərləri, Riigikogu deputatları, Estoniya Respublikasının sabiq prezidenti Arnold Ryutel, Tallinn şəhər merinin müavini Kayya Yappinen, Azərbaycan Respublikasının Latviya ve Estoniyadaki Respublikasındakı səfiri cənab Tofiq Zülfuqarov və digərləri, eləcə də Diaspor ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Eks prezident quzunu qeyri-adi tərzdə təsvir etdiyi rəsm əsərinə görə müsabiqənin ən gənc- 7 yaşlı iştirakçısı Vika Tsabiyevaya xüsusi hədiyyə verib.
Xatırladaq ki, Estoniyanın orta təhsil məktəblərində Azərbaycan Mədəniyyəti günləri çərçivəsində “Azərbaycanı necə tanıyırıq” mövzusunda müxtəlif müsabiqələr 2004-cü ildən keçirilir və hər il bu tədbir daha çox məktəbi əhatə edir.



© 1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id