Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

Asim Mollazadə Estoniyada bir neçə görüş keçirib

01.12.2005. TALLİN. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə «Genişlənən Avropanın problemləri: Belarusun gələcəyi» mövzusunda Avropa Birliyi və Estoniya Xarici İşlər Nazirliyinin təşkil etdiyi konfransda iştirak etmək üçün Tallindədir. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, Estoniya parlamentində bir sıra görüş keçirib. Parlamentin Avropa məsələləri üzrə Komitəsinin rəhbəri Kristina Ojuland ilə görüşdə Azərbaycanın Avropaya inteqrasiya məsələsi, Azərbaycanda keçirilən parlament seçkiləri və seçkilərdən sonrakı vəziyyət, ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycan və Estoniyanın demokratik islahatlar partiyalarının əməkdaşlığı müzakirə olunub. A. Mollazadə Estoniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Marko Mihkelsonla da görüşüb. Bu görüşdə də Azərbaycanda keçirilən seçkilər, AŞ PA-da iki ölkənin nümayəndə heyətlərinin əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb.
Estoniyanın Xalq Partiyasının rəhbəri və AŞ PA-nın Monitorinq Komitəsinin məruzəçisi Andres Herkellə görüşdə Azərbaycanda seçkilərdən sonrakı vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunub.
A. Mollazadə Estoniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin rəhbərləri ilə də görüşlər keçirilib. O, Azərbaycandakı vəziyyətlə bağlı soydaşlarımıza ətraflı məlumat verib və onların çoxsaylı suallarını cavablandırıb. Cəmiyyətin rəhbəri Niyazi Hacıyev Asim Mollazadəni cəmiyyətin fəaliyyəti ilə tanış edib.
Qeyd edək ki, Asim Mollazadə dekabrın 2-də AŞ PA-nın Belarus üzrə məruzəçisi kimi «Genişlənən Avropanın problemləri: Belarusun gələcəyi» mövzusunda keçirilən konfransda Belarusdakı vəziyyətlə bağlı çıxış edəcək. /APA/
© 1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id