Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndə heyəti Estoniyanın paytaxtı Tallin şəhərinə səfər edib.
Nümayəndə heyətinin üzvləri Ladən Zahidova və Xıdır Kazımovun Estoniya İnteqrasiya Fondunun inzibati direktoru Eda Silberq, Estoniya Radiosunun redaktoru Yuliya Bali, Estoniya mədəniyyət nazirinin milli azlıqlar üzrə müşaviri Anneli Reyma, ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli və azərbaycanlı icmasının üzvləri ilə görüşləri keçirilib.
Nümayəndə heyətini görüşlərdə “Ocaq” verilişinin müəllifi Sənəm Əliyeva, Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə əlaqələndiricisi Zəhra Qəhrəmanlı, buradakı Azərbaycan Diasporunun nümayəndəsi Eldar Əfəndiyev müşayiət ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti akademik Zərifə Əliyeva adına uşaq bağçasını da ziyarət edib.
© 1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id