Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

18.03.2018.Novruz Bayrami ,Lillepaviljon, Pirita26 ,


Tallinin Gül pavilyonunda Estoniya Azərbaycan İcmasının təşkilatçılığı ilə türkdilli xalqları bir araya gətirən Novruz bayramı təntənəli şəkildə qeyd olundu.

AZƏRTAC xəbər verir ki, tədbirdə Estoniyadakı diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Bayram tədbirini giriş sözü ilə Estoniya Azərbaycan İcmasının rəhbəri Niyazi Hacıyev açaraq bu bahar nəfəsli qədim bayramın ilk dəfə Tallin şəhərində 30 il bundan öncə keçirildiyini qeyd edib. O, 30 il keçməsinə baxmayaraq yenə də bu ənənənin davam olunduğunu çox sevindirici hal kimi vurğulayıb.

Daha sonra Türkiyənin Estoniyadakı səfiri Hayriye Kumascıoğlu, bu ölkədəki Azərbaycan səfirliyinin nümayəndəsi Həsən Hüseynov qonaqları salamlayaraq Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Estoniya mədəniyyət nazirliyinin nümayəndəsi Anne Ly Reima da öz çıxışında bahar bayramı münasibətilə hamını təbrik edib və bütün qonaqlara xoş əhval-ruhiyyə arzulayıb.

Tədbir milli Azərbaycan mətbəxinin təqdimatı ilə konsert proqramı ilə davam edib.
1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id